Dili qatlanan futbolçunun son durumu
09.02.2023 , 13:36

Birinci divizionun 16-cı turu çərçivəsində fevralın 8-də keçirilən Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində dili qatlanmış Bakı klubunun futbolçusu Həbib İsmayılovun durumuna aydınlıq gəlib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu müayinədən keçib. “Neftçi-2”-nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bu barədə məlumat verib: “Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur. Boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.
