big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Diktatorların idman sevgisi – YAZI

04.03.2015 , 21:28

Diktatorlar. Bu sözü deyəndə ağlımıza nə gəlir? Zalım, əlini milyonlarla insanın qanına bulamış despotlar. Amma onlar həm də idmana və futbola böyük həvəsləri ilə seçiliblər.  Bəziləri üçün idman ehtiras, bəzilərinə üçün isə “təbliğat maşını” olub. Axı diktatorlar idmandan özlərinin və ölkələrinin reklamı üçün istifadə edə bilirdilər. Təbii ki, onların futbol sevgisi adi insanlarınkı kimi stadiona gedib, komandalarına dəstək verməkdən ibarət olmayıb, sevimliləri qələbələri sıralasın deyə, hər cür çirkinliyə əl atanlar da olub. Məşhur inqilabçı Çe Qevera futbolu “dünyanın ən güclü silahı” hesab edirdi.  Bəs futbol həqiqətənmi tarixin ən qəddar despotlarını da təsirləndirəcək gücdədir? Heç bir pula, qadına,dünyəvi duyğuya təslim olmayan tiranlar futbol önündə əyildilər. Futbol onları yaxşı biri edə bilərdimi? Təbii ki, yox. Amma futbol onların qaranlıq dünyasında şam rolunu oynaya biləcək gücdədir. Sizə XX əsrin ən tanınmış və qanlı 2 diktatoru – Adolf Hitler və İosif Stalinin idmana marağından bəhs edəcəyəm.

Adolf Hitler


 
Fürerin “Şalke 04”-ə rəğbət bəsləməsi uzun illərdir suallar yaradır. 2008-ci ildə “The Times” qəzetində dərc olunan “Ən pis azarkeşlər” məqaləsi böyük söz-söhbətə səbəb olmuşdu. Mənbənin bildirdiyinə görə, helzenkirxenlilərin 1933-1945-ci illər aralığında 6 dəfə Almaniya çempionu olmasında Hitlerin müstəsna rolu olub. Klubun 1933-1939-cu və 1939-40-cı illərdə müvafiq olaraq prezident vəzifəsini icra edən Frintz Unkel və Henrix Tsxenher Alman Nasional Sosial Fəhlə Partiyasının (NSDAP)-ın fəal üzvlərindən idi.  Həmin vaxt iş adamı, zəngin və tanınmış birinin həm də nasist olması mütləq idi. “Şalke 04”-ün prezidentləri də bu yolu tutmuşdu. Nasistlərin təşkil etdiyi “Qauliqa Vestfalen” turnirindəki çempionluqlar da hər şeyi açq-aydın göstərirdi. Bəs yaxşı niyə “Şalke 04”? Axı həmin vaxt Almaniyanın əsas klubu “Bavariya” idi və “təbliğat maşını” kimi ondan istifadə etmək daha sərfəli idi.  Həmçinin,  fürerin də Münhenlə bağlı zəngin xatirələri vardı. Kiçik bir detal: “Bavariya”nın o dövrdəki prezidenti yəhudi idi! Lakin iddialar hazırkı klub rəhbərliyi tərəfindən cidd-cəhdlə təkzib olunur. Belə ki, komanda rəsmiləri Hitlerin heç vaxt futbol fanatı olmadığını, izlədiyi yeganə görüşün 1936-cı ildə təşkil edilmiş Berlin Olimpiadasının final qarşılaşması (Almaniya-Norveç) olduğunu bildirir.


 
“Şalke 04” – “Borussiya" (Dortmund) 10:0.  20 oktyabr, 1940

A.Hitler 1938-ci ildə bir güllə də atmadan Avstriyanı ilhaq etdikdən sonra bu ölkənin klubları və rəsmi futbol federasiyası Almaniyanın tərkibinə daxil oldu. Avstriya ilhaqdan öncə özünəməxsus futbol mədəniyyətinə sahib idi. Xüsusən də, Vyana klubları ölkə futbolunun “lokomotivi” hesab olunurdu. Sürətli futbolun ixtiraçısı deyə biləcəyimiz Avstriya 1930-cu illərdə futbolun önəmli güclərindən idi. 1934-cü ildə təşkil olunuş Dünya Çempionatına favorit kimi gedən Avstriyanın heyətində Mattias Sindelar, Valter Naus,  Karl Sesta, Frans Binder kimi futbolçular var idi.  “Futbolun Mosartı” hesab olunan Sindelar  və tarixdə 1000-dən çox qol vuran  4 nəfərdən biri olan Frans Binder təkbaşına bir komandanı uda bilərdilər. Alman klublarına açıq şəkildə dəstək verilsə də, 1938-ci ildə “Rapid” (Vyana),  1943-cü ildə isə “First Vyana” Almaniya kubokunu başı üzərinə qaldırır. Həmin dövrdə Avstriya klublarının ən böyük nailiyyəti “Rapid”in 1941-ci ildə Almaniya çempionu olması idi. Finaldakı rəqib isə qarşısına keçəni darmadağın edən “Şalke 04” idi.  (Həmin vaxt Almaniya çempionatı “nokaut” sistemi ilə keçirilirdi.) Final 22 iyun 1941-ci ildə baş tutdu. Elə həmin gün SSRİ-yə müharibə elan edən NSDAP üçün “Şalke 04”-ün  qələbəsi hava-su kimi vacib idi.  Görüş yeri kimi Berlin Olimpiadasının da keçirildiyi  stadion seçilmişdi. Oyuna 90.000 min bilet satılmış, bir çox məşhur nasist qonaq qismində dəvət olunmuşdu. Helzenkirxenlilər oyuna çox sürətli başlamışdı. 62-ci dəqiqədə hesab artıq 3:0 “Şalke”nin xeyrinə idi.  Və o an inanılmaz şeylər baş verdi: 28 dəqiqə ərzində vyanalılar 4 qol vuraraq çempion oldular! Bu təkcə “Şalke 04”-ün yox, həm də nasizm və Hitlerin ilk məğlubiyyəti idi. O möhtəşəm “come back”-in memarı Farns Binder isə hələ də “Rapid” azarkeşləri üçün qəhrəmandır…

Hə, az qala unutmuşduq, Berlin Olimpiadası həm də fürerin dünyaya güc nümayişi idi. Hətta rəsmi parad zamanı Əfqanıstan, Türkiyə, Bermuda, Bolqarıstan, Boliviya,  Fransa, Yunanıstan və İslandiya təmsilçiləri diktatora nasist salamı vermişdilər. II Dünya müharibəsi səbəbindən 1940 və 1944-cü illərdə Olimpiya oyunlarının, 1942 və 1946-cı illərdə isə Dünya çempionatının təşkil olunmadığını da qeyd edək.

İosif Stalin

1944-45-ci illərdə Moskvada İosif Stalinin əmri ilə yeni idman cəmiyyəti yaradıldı. “Voyenno-Vozduşnıye Silı Moskovskoqo Voyennoqo Okruqa” (VVS MVO) – yəni Moskva Hərbi Dairəsinin Hərbi-Hava Qüvvələri (MHD HHQ). Cəmiyyətdə futbol başda olmaqla, hokkey, basketbol, voleybol kimi bir çox idman növü ilə məşğul olmaq mümkün idi. MHD HHQ sovet cəmiyyətinin elitasını təşkil edənlərdən ibarət olmalı idi. Partiya nümayəndələrinin uşaqlarının burada iştirakı məcburi idi.  Stalinin fikrincə, bunun sayəsində yeni “qızıl nəsil” formalaşdırmaq olardı.  Hərtərəfli reklamdan sonra, demək olar ki, hər üç gəncdən ikisi idmanla məşğul olmağa başlamışdı. Cəmiyyətin rəhbər vəzifəsini də Stalin icra edirdi. Yox, yox səhv salmayın, bu, 26 yaşlı Vasili general-mayor, SSRİ Nazirlər Şurasının sədri generalissimus İosif Stalinin oğlu.
 

Vasiliyə MHD HHQ-də hədsiz səlahiyyətlər verilmişdi. Düzü, o təmtəraqlı həyat tərzinə görə atasından geri qalmır, cəmiyyətdə istədiyini edirdi. Bəzən onun hərəkətləri həddini aşırdı. O, MHD HHQ-yə digər idmançıları dəvət etmək üçün hər cür vasitəyə əl atırdı. SSRİ üçün ənənəvi olmayan göy-sarı rənglərə boyanmış cəmiyyətdə ölkənin ən güclü idmançı və məşqçiləri yer almışdı. Çünki heç kim Vasiliyə “yox” deyə bilməzdi, əks halda, bunun ağır nəticələri ola bilərdi. Cəmiyyəti bəzən yarızarafat, yarıciddi VVS cəmiyyəti “vzyali vsex sportsmenov” (bütün idmançıları cəlb etdik), eləcə də “Vataqa Vasiliya Stalina” (Vasili Stalinin kollektivi) adlandırırdılar.

Basketbol və hokkey üzrə bölmələr dəfələrlə SSRİ çempionatında qalib olsa da, futbol komandası heç cür çempion ola bilmirdi. MHD HHQ SSRİ yüksək liqasında sona qədər titul qazana bilmədi. Halbuki heyətdə Vsevolod Bobrov kimi unikal və universal idmançı (o, həm futbolçu, həm də hokkeyçi idi), Valentin Bobukin, Anatoli İsayev kimi hücumçular, Konstantin Krijevski, Anatoli Porxunov kimi müdafiəçilər, eləcə də universallığıyla seçilən Aleksey Paramanov çıxış edirdi. Paramanov futbolda müdafiəçi, yarımmüdafiəçi və hücumçu amplualarında oynamaqla yanaşı, topla və şayba ilə hokkey yarışlarında da iştirak etmişdi. Bu futbolçuların hamısı yığmanın da şərəfini qoruyurdu. Qapıda isə ilk dəfə topa çıxarkən yumruqlarıyla oynamağı öyrənən Anatoli Akimov dayanırdı. Yeri gəlmişkən, Akimov 1949-cu ildə məcburi şəkildə MHD HHQ-nin sıralarına cəlb olunmuşdu. O vaxt “ Torpedo”da çıxış edən qapıçıya təklif göndərkən iki seçim imkanı verilmişdi: ya partiya üzvlüyü biletini qaytar, ya da MHD HHQ-ya keç. Həmin dövrdə partiyadan çıxmaq sosial statusun itirilməsi, bununla da, bir sıra güzəştlərin əldən çıxması demək idi.  Yəni qapıçıya praktiki olaraq seçim imkanı verilməmişdi. Vasili Stalin çoxlarını oxşar şəkildə MHD HHQ-yə cəlb edirdi.

1952-ci ildə Helsinkidə keçirilən Olimpiadada SSRİ yığma komandasının yuqoslavlara məğlub olması rəhbəri bərk qəzəbləndirir, yuxusunu ərşə çəkir. Bu məğlubiyyəti Titonun qələbəsi ki¬mi qəbul edir və nəticədə yığmanın özəyini təşkil edən məş¬hur Ordunun Mərkəzi İdman Klubu – OMİK ləğv edilir, bir neçə aydan sonra özü də dünyasını dəyişir.
 
Qeyd edək ki, o dövrdə milyonlarla azarkeş bu komandanın oyunlarını sevə-sevə izləyirdi.  İdman-çılar üçün Helsinki Olimpiadası çox məsuliyyətli yarış olduğundan SSRİ-nin futbol üzrə yığma ko-mandası baş məşqçi Boris Arkadyevin başçılığı ilə bu Olimpiadaya ciddi hazırlaşırdı. Amma ko-mandanın tərkibi ilə bağlı məsələləri məşqçi təkbaşına həll edə bilməzdi.

MK Ümimittifaq Lenin Komsomol Gənclər İttifaqının (ÜİLKGİ) keçmiş məsul işçisi və o dövrdə olimpiya nümayəndə heyətinin siyasi məsələlər üzrə müavini təyin edilmiş V.Xomuskovun xatirələrindən:
 
– Məndə belə bir təəssürat yaranmışdı ki, artıq komandanın əsas tərkibi müəyyənləşdikcə rəhbərli-yin də azarkeşlik ehtirası özünü büruzə verməyə başlayır. Və ona görə də hər kəs məşqçinin işinə qarışmaqda özünü haqlı sayırdı. Bunlar MK ÜİLKGİ-nin katibləri A.Şelepin, V.Semiçastnı, Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri N.Romanov, onun müavinləri və Vasili İosifoviç Stalin daxil olmaqla, ordu generalları, Beriyanın idarəsindən olan yüksək rütbəli zabitlər idilər.

1950-ci ilin əvvəlində HHQ-nin hokkey yığması Sverdlovsk yaxınlığında təyyarə qəzasına düşdü. Nəticədə 11 idmançı vəfat etdi. Onların arasında məşhur məşqçi Anatoli Turasovun qardaşı Yuri də var idi. Bu hadisədən 3 il sonra, yəni 1953-cü ildə İosif Stalin dünyasını dəyişdi. Dərhal SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və bu proseslər birbaşa HHQ-yə də təsir edirdi.  Stalinin ailəsi “gözümçıxdıya” salındı.  Vasili 8 il həbs cəzasına məhkum edildi. Üstəlik, ona “Stalin” təxəllüsünü daşımaq da qadağan olundu. Bəlkə də elə bu səbəbdən 1962-ci ildə Kazanda xroniki alkoqol aludəçiliyindən vəfat edərkən çoxları Vasili Cuqaşvilinin 9 il əvvəl ölkə rəhbərinin oğlu olduğunu heç bilmirdi. 1953-cü ildə HHQ ləğv olunmağa başladı. Futbol komandası “Hərbi qüvvələrdə ixtisaslar” adı altında (bu, rəsmi səbəbdi) ləğv edildi. Hokkey kollektivi isə Sentralnıy Dom Sporta Armii (SDSA, indiki MOİK) adlanmağa başladı. Digər səbəb kimi 1952-ci il Helsinki Olimpiadasında Kolumbiyayla oyunda qeydə alınan nəticə göstərilir. O vaxt əsasını HHQ-nin üzvləri təşkil edən SSRİ yığması 4 top fərqi ilə öndə olduğu matçda siyasi düşməni ilə “sülh” bağlamışdı – 4:4. Amma bu səbəbi təsdiq edən yoxdur.

Ürfan Məmmədzadə

Son yazılar

To Top