AVRO-2012-də A qrupunda Rusiya Çexiyanı 1:4 hesabı ilə məğlub etdiyi matçdan sonra, baş məşqçi Dik Advokatın üzündən təbəssümü əskik olmayıb.
Korner.az-ın məlumatına görə, hollandiyalı çalışdırıcısı qələbəyə görə çox sevincli olduğunu bildirərək, bunları deyib: "Bu möhtəşəm qələbədir. Lakin ikinci yarıda işimizi bir az çətinə saldıq. Buna baxmayaraq matçın sonlarında inam yarandı və 2 qol birdən vurduq. Bu oyunumuzu bütün matçlarda sərgiləməliyik".
Qeyd edək ki, Rusiyanın növbəti rəqibi iyun ayının 12-də turnirin ev sahibi Polşa olacaq..
