"Polşa çox gözəl oyun nümayiş etdirdi. Onlar qapımız ağzında qol bir neçə qol imkanları yaratdılar və nəticədə istədiklərinə də, nail oldular". Korner.az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin baş məşqçisi Dik Advokat deyib.
Holland çalışdırıcı Polşa ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında komandasının oyunundan razı qaldığını bildirib:
"Bu oyunda qələbə qazansaydıq demək olar ki, qrupdan çıxma şansını həll etmişdik. Lakin üstünlüyü əldən verdik. Əgər rəqib futbolçu Blazikovski qapımıza doğru 100 dəfə zərbə endirirsə, təbii ki, bunlardan biri qol olmalıdır. Buna baxmayaraq komandamın oyunundan razıyam".
