Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Zirə” “Differdanj”ı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, rəqib komandanın baş məşqçisi Paskal Karzaniqa oyundan öncə olan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Əvvəldən nəsə demək düzgün olmaz. Sabah rəqibin oyunundan sonra dəqiq məlumat demək olar.
– Rəqibi araşdırmısınız? Rəqib haqqında nə deyə bilərsiz?
– Bundan əvvəl Azərbaycana gəlmişik. “Qarabağ”ın necə komanda olmasına əsaslanaraq, “Zirə”nin də taktikasını bilə bilərik. Rəqibi analiz etmişik
– Sizin heyətinizdə olan 3 futbolçuya işdən icazə verməyiblər. Bu hadisəni necə izah edə bilərsiz?
– Bir nəfər oyunçumuz gəlməyib o da, müdafiəçidi. Onun gəlməmyi bəzi problemlərlə bağlıdı. Onun komandada olmamağı heç bir problem yaratmayacaq.
– Hava şəraiti sizə problem yaradacaqmı?
– Hava şəraiti bizim üçün adi olacaq. Problem yaratmayacaq.
