“Fənərbağça”nın braziliyalı futbolçusu Dieqo Ribas komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, hələ də stabil oyun göstərməyən sambacını “Əl Sədd” klubu hədəfləyir. 6 aylıq icarə təklif edən Qatar təmsilçisi İstanbul klubuna 3 milyon avro önərib.
Klub rəhbəri Əziz İldırımın transferə mane olduğu deyilir.