“Atletiko” klubunun baş məşqçisi Dieqo Simyonenin komandadan ayrılacağı xəbərləri yayılmaqdadı.
Korner.az-ın məlumatına görə, ispan mətbuatında yer alan xəbərlərə əsasən, mütəxəssis karyerasını Fransada davam etdirəcək. Simyonenin PSJ klubuna rəhbərlik edəcəyi deyilir.
Hazırda Paris klubunu çalışdıran Loran Blanla komanda rəhbərliyi arasında münasibət o qədər də ürək açan deyil. Bunun səbəbi isə PSJ-nin Fransa liqasında işlərinin yolunda getməməsidi. (SkySport)
