Gələn mövsüm üçün heyətdə düşünülməyən Dieqo Ribas komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçuya ABŞ-ın MLS Liqasından elçi düşüblər.
“Mayami” klubu 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Türkiyədə illik 3 milyon avro qazanan “sambaçı”ya “Mayami”dən 2 milyon avro təklif edildiyi iddia olunur.
Dieqo Ribas “Fənərbağça”da 45 oyunda 3 qol və 6 asistlə yadda qalıb.
