Madrid “Atletiko”sunun ulduz futbolçusu Dieqo Kosta maraqlı açıqlama verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2011-ci ildə Türkiyəyə transfer olmağa qərar verən futbolçu zədəsinə görə qardaş ölkəyə gələ bilməyib.
Bu il möhtəşəm mövsüm keçirən Braziliya əsilli ispan karyerasının dönüş nöqtəsinin Türkiyəyə transferinin gerçəkləşməməsi olduğunu deyib:
“Menecerim klubla razılığa gəlmişdi. Mən günorta məşqə yollandım. Məşqdən sonra təklfi qəbul etdiyimizi rəsmən açıqlayacaqdıq. Lakin həmin məşqdə ciddi zədə aldım və bu keçid baş tutmadı”.
Qeyd edək ki, o ərəflərdə futbolçuyla “Beşiktaş” ciddi şəkildə maraqlanırdı.