ABŞ-ın “Montreal İmpakt” klubunun hücumçusu Didye Droqba üçün bu mövsümün əvvəli uğurlu alınıb
Korner.az-ın məlumatına görə, ötən gün “Nyu-York Red Bulls”la matçda fərqlənən 37 yaşlı hücumçu bu mövsüm ilk 8 oyunda vurduğu qolların sayını 8-ə yüksəldib.
Bu isə D.Droqbanın karyerası ərzində ən uğurlu mövsümdür.
O, indiyə kimi çıxış etdiyi “Le Mans”, “Qenqam”, “Marsel”, “Çelsi”, “Şanxay Şenxua”, “Qalatasaray”da heç vaxt ilk 8 oyuna 8 qol vura bilməyib. Beləliklə, Droqba 37 yaşında özünəməxsus rekord qırıb.
