Keçən mövsüm “Qalatasaray”ın da formasını geyən Fil dişi Sahilli ulduz Didye Droqba karyerasında daha bir uğura imza atıb.
Korner.az-ın məlumatına görə, 36 yaşlı futbolçu “Chelsea” fomrası ilə çıxdığı 93-cü Çempionlar liqası matçında “Schalkenin” qapisina qol vuraraq bu kubokdakı 44-cü qoluna imza atdı.
Qeyd edək ki, Droqba, “Marsilya”da 8 matçda 5, “Chelsea” ilə 73 matçda 36 və “Qalatasaray” ilə 12 matçda 3 qol vurub.
UEFA Avropa Liqasında da Marsilya forması ilə 8 matçda 6 qol vuran Droqba bu nəticə ilə Avropa Kuboklarında 50-ci qoluna imza ataraq ilk Afrikalı futbolçu ünvanını əldə edib.
