Gələn mövsümdən "Qalatasaray"ı meydana kapitan kimi Didye Droqba çıxarda bilər.
Korner.az-ın məlumatına görə, son turda “Karabükspor”a qarşı görüşdə Fatih Terimin və köməkçilərinin yoxluğunda Drqoba komanda yoldaşlarına taktiki göstərişlər verib, onları qələbəyə ruhlandırıb. Hücumçunun kapitan olmasına hazırkı kapitanlıq sarğısını daşıyan Selcuk İnan da razılıq verib.
Sözügedən məsələ ilə bağlı son sözü "Cim-Bom"un baş məşqçisi verəcək.
