Dibaladan ərəb klubunun təklifinə reaksiya
26.08.2024 , 20:38

“Roma”da çıxış edən Paulo Dibala Səudiyyə Ərəbistanının “Əl Qadsiah” klubunun transfer təklifini rədd etməsi ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, argentinalı ulduz açıqlamasında belə deyib:
“Təklif Səudiyyə Ərəbistanındandır? Hamı yalnız iqtisadi aspektə baxır. Mən isə ailəmi, həyat yoldaşımı, şəhər və ölkəyə qayıtmaq kimu istəyimə baxıram. 30 yaşım var və özümü hələ fiziki cəhətdən yaxşı hiss edirəm”.
Səudiyyə Ərəbistanının “Əl Qadsiah” komandası Dibalaya 3 ildə 75 milyon avro maaş təklif etsə də, 30 yaşlı futbolçu bu təklifi rədd edib.
