Dibala “Yuventus”dan ayrılır
16.05.2019 , 17:15

Argentinalı futbolçu Paulo Dibala yayda “Yuventus”dan ayrılacaq.
Bu haqda məlumatı oyunçunun meneceri və eyni zamanda böyük qardaşı Qustavo Dibala mətbuat açıqlamasında deyib. Onun sözlərinə Dibala özünü xoşbəxt hiss etmir və yeni macəra axtarışındadır.
“Dibala “Yuventus”dan ayrılacaq. O, burada xoşbəxt deyil və yeni mövsümdən yeni kluba keçəcək. Dibaladan başqa bir neçə futbolçu Turin klubundan ayrılacaq.
Qeyd edək ki, Dibala 2015-ci ildə “Palermo” klubundan “Yuventus”a keçmişdi. 25 yaşlı futbolçu bu müddət ərzində Turin klubunun heyətində 126 görüşə çıxıb və 57 qol vurub.
