Dibala: “Yekun qərarı baş məşqçi verəcək”
25.05.2019 , 10:43

“Yuventus” klubunun futbolçusu Paulo Dibala klubdakı gələcək karyerası ilə bağlı danışıb.
Argentinalı futbolçu klubdakı fəaliyyətinin yeni baş məşqçinin gəlməsi ilə aydınlaşacağını deyib. 25 yaşlı futbolçunun özü isə Turin klubunda qalmaq istədiyini diqqətə çatdırıb.
“Mən klubun idman direktoru ilə danışmışam. “Yuventus”da qalmaq istəyirəm. Ancaq bu mənə bağlı bir şey deyil. Kluba yeni baş məşqçi gələndən sonra mənimlə bağlı qərar veriləcək.”
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus” klubunun formasını geyinir.
