Dibala üçün əlamətdar oyun
01.06.2023 , 19:57

“Roma” Avropa Liqasının finalında “Sevilya”ya uduzub – 1:1.
Korner.az xəbər verir ki, qarşılaşma İtaliya klubunun hücumçusu Paulo Dibala üçün əlamətdar olub.
Belə ki, o, “Roma”nın avrokubokların finalında qol vuran ikinci əcnəbi (argentinalı) futbolçusu olub.
İlk dəfə 1960/61 mövsümündə Yarmarka kubokunun finalında argentinalı Pedro Manfredini bunu bacarıb.
