Dibala “Roma”dan gedir?
14.05.2024 , 18:17

“Atletiko Madrid” növbəti mövsüm üçün işlərini sürətləndirib.
Korner.az xəbər verir ki, klub “Roma”nın ulduz futbolçusu Paulo Dibalanı transfer etmək istəyir.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Xəbərin təfərrüatlarında ispan nəhənginin bu transferə üz tutmasının ən böyük səbəbinin 12 milyon avroluq sərbəst qalma şərti olduğu bildirilib.
Bu mövsüm “Roma”nın heyətində 37 rəsmi oyuna çıxan Paulo Dibala bu matçlarda 16 qol vurub, 10 məhsuldar ötürmə edib.
