Dibala klubların transfer gündəmindədir
01.05.2023 , 16:49

“Roma”nın ulduz futbolçusu Paulo Dibala yeni mövsüm üçün transfer hədəfidir.
Korner.az xəbər verir ki, 29 yaşlı argentinalı ilə bir çox klubun maraqlandığını və onlardan birinin də “Qalatasaray” olduğunu bildirilir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bu mövsüm “Roma”nın heyətində 34 oyun keçirən argentinalı 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
