Dibala İngiltərə nəhənginin hədəfində
07.03.2019 , 16:30

“Yuventus” klubunun argentinalı futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam edə bilər.
“Mançester Yunayted” Dibala üçün qarşı tərəfə 140 milyon avro ödəməyə hazırdır. “Qırmızı şeytanlar” argentinalını Romelu Lukakunun əvəzləyicisi kimi görürlər.
26 yaşlı hücumçu bu mövsüm bütün turnirlər daxil, 29 oyunda meydana çıxıb və 11 top vurub.
