Dibala gedir ya qalır?
21.04.2019 , 19:22

“Yuventus” klubunun futbolçusu Paulo Dibalanın gələcək karyerası ilə bağlı açıqlama verilib.
Klub idman direktoru Fabio Paratici argentinalı oyunçunun növbəti sezon Turin klubunda qalacağını deyib.
“Dibala “Yuventus” klubunun futbolçusudur. O. bizim ən vacib oyunçumuzdur və bizimlə qalmağa davam edəcək.”
Qeyd edək ki, buna qədər Paulo Dibalanın komandadan getməsi ilə bağlı xəbərlər gündəmdə idi.
