Dibala 2019-cu ildə “Bavariya”ya keçə bilər
22.08.2018 , 11:35

İtaliyanın “Yuventus” klubunun argentinalı hücumçusu Paulo Dibala gələn yay Münhen “Bavariya”sının oyunçusu ola bilər.
“Münhenlilər” 24 yaşlı futbolçunun namizədliyinə müqavilə müddəti 2019-cu ildə bitəcək forvard Aryen Robbenə əvəz qismində baxırlar.
Bildirilir ki, “Yuventus” Dibalanın keçidinə o halda baxa bilər ki, onun transfer qiyməti 100 milyon avrodan aşağı olmasın.
Dibala “Yuventus”a 2015-ci ildə transfer olunub. O, ötən mövsüm komandada keçirdiyi 33 matça 22 qol vurub və 5 məhsuldar ötürmə edib.
