Qış transfer pəncərəsi zamanı “Şalke” Fernando Torresi heyətinə qatmağa çalışacaq.
Korner.az-ın məlumatına görə, transferin əsas səbəbkarı “Şalke”nin yeni baş məşqçisi Roberto Di Matteodur. Onlar vaxtilə “Çelsi”də bir yerdə çalışıblar.
Xatırladaq ki, Torres yayda icarə əsası ilə Milana keçib. Bu mövsüm A seriyasının 5 oyununda ispan forvard 1 qol vurub.
