İngiltərə Premyer Liqasının son turunda səfərdə “Vest Bromviç”lə 2:2 bərabərə qalan “Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Anhel di Mariya zədələnib.
Sözügedən qarşılaşmada ayağından zədə alan argentinalı yarımmüdafiəçi 76-cı dəqiqədə meydanı axsayaraq tərk edib. Eşli Yanqla əvəzlənən futbolçunun ombasına buz paketi qoyulub.
Di Mariyanın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.