Argentina millisinin futbolçusu Anxel di Mariya zədələnib.
Korner.az-ın məlumatına görə, o, Amerika kubokunun D qrupunda bu gün keçirilən Panamaya qarşı oyunun (5:0) 43-cü dəqiqəsində əzələsini dartıb və məcburi əvəzlənib.
Di Mariyanın 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, 28 yaşlı yarımmüdafiəçi Amerika kubokunun digər oyunlarını buraxacaq.
