“Mançester Yunayted”in argentinalı yarımmüdafiəçisi Anhel di Mariya İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk turlarını buraxa bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb 27 yaşlı futbolçunun zədələnməsidi.
Di Mariya Amerika Kubokunun finalında Çili ilə görüşdə dizaltı vətərindən zədələnib. Bu səbəbdən təcrübəli xavbek matçın 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Tibbi müayinədən sonra di Mariyanın zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər onun ən tezi 1 aydan sonra yaşıl meydanlara dönəcəyini bildiriblər.
