Mövsümün sonunda Anxel Di Mariyanın “Mançester Yunayted” klubu ilə yollarını ayıracağı ilə bağlı məlumatlar səngimək bilmir.
Korner.az-ın məlumatına görə, argentinalı futbolçunun yayda vətəninə qayıdacağı haqda dolaşan xəbərlərə “Qırmızı şeytanlar”ın baş məşqçisi Lui van Qal münasibət bildirib:
“Di Mariyanın əvəzinə danışa bilmərəm. Sözsüz ki, sonda qərarı futbolçu verir. Ancaq baş məşqçi olaraq Di Mariya kimi futbolçuya ehtiyacım var. Onun özünü göstərməsinə hardasa zədələr imkan vermir. Bəlkə də, bu baxımından futbolçu komandadan getmək istəyir. Lakin ümid edirəm ki, Di Mariya düzgün qərar verəcək və “Mançester Yunayted”i tərk etməyəcək”.