Di Mariya getməyəcək
21.08.2018 , 21:30

PSJ-nin futbolçusu Anxel di Mariya Paris klubunda qalmağa qərar verib.
Argentinalı yarımmüdafiəçi yaxın günlərdə klubu ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, di Mariyanın PSJ ilə hazırkı müqaviləsi 2019-cü ilin yayında başa çatır. Onun Paris təmsilçisindən ayrıla biləcəyi iddia olunurdu.
