Di Mariya gələcəyi ilə bağlı qərarını verdi
12.07.2024 , 16:21

“Benfika” ulduz oyunçusu Anxel Di Mariya ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, futbolçu növbəti mövsümdə də Portuqaliya klubunda forma geyinəcək.
Tərəflər arasında 1 illik müqavilə üçün razılığa gəlinib.
Yaxın günlərdə sözləşmənin rəsmiləşməsi gözlənilir.
Futbolçu “Benfika”da 48 oyuna 17 qol vurub və 15 qolun ötürməsini edib.
