“Real”ın israrla komandada saxlamaq istədiyi Anhel Di Maria komandadan maaşının 2 qat artırılmasını istəyib.
Korner.az xəbər verir ki, argentinalı futbolçunun bu istəyinin ardından klub onunla danışıqlarını dayandırıb.
Di Marianı heyətinə qatmaq istəyən “PSJ” “Mançester Yunayted”lə müqayisədə daha şanslı görünsə də, finansal “fair play” qanunlarına görə onlar bu transferə 50 milyon avrodan artıq pul xərcləyə bilməzlər.