“Mançester Yunayted”in futbolçusu Anhel di Marianın həyatı təhlükədədi.
Korner.az-ın məlumatına görə, argentinalının evinə 3 silahlı şəxs basqın edib. İngilis mətbuatını zəbt edən bu xəbər dünya mediyasının da diqqət mərkəzinə gəlib.
İstedadlı yarımmüdafiəçinin basqın zamanı evdə ailəsinin üzvləri ilə olduğu deyilir. Silahlı şəxslər təhlükəsizlik siqnalizasiya sisteminin qoşulması ilə hadisə yerindən uzaqlaşıb. Klubun təhlükəsizlik əməkdaşları Anhel və ailəsini güvənli bir yerə köçürüb. The Daily Mail
