“Mançester Yunayted”in argentinalı futbolçusu Anxel Di Mariya klubunu dəyişəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi hazırkı komandasında xoşbəxt olduğunu bildirib.
Di Mariya ilə uzun müddətdi ki, PSJ yaxından maraqlanır. Paris klubu nəyin bahasına olursa-olsun, onu heyətinə qatmaq niyyətindədi. Ancaq təcrübəli futbolçu “Mançester Yunayted”dən ayrılmaq haqda düşünmür.
