"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel Di Mariya "Real"dan ayrıldığına görə peşmandır.
Korner.az-ın məlumatına görə 27 yaşlı artgentinalı yenidən Madridə qayıtmaq istəyir.
Di Mariyanın fikrincə Lui Van Qaal ona kifayət qədər dəyər vermir , meydanda az saxlayır. Bundan başqa futbolçu İngiltərə iqlimini də bəyənmir. Xüsusilə də , oktyabr-mart aralığında havanın tez qaralmasına uyğunlaşa bilmir.
Qeyd edək ki, Di Mariyanın PSJ-yə keçidi gündəmdədir. "Mançester Yunayted" onun əvəzinə Kavanini də istəsə də , PSJ 40 milyon avro ilə transferi yekunlaşdırmaq fikrindədir. (ABC)
