Devisi istəyən “Real”a “Bavariya” əngəli
17.05.2023 , 11:40
Yeni mövsüm üçün “Real” yavaş-yavaş transfer siyahısını formalaşdırır.
Korner.az xəbər verir ki, Madrid klubu “Bavariya”nın 22 yaşlı sol cinah müdafiəçisi Alfonso Devisi heyətinə qatmaq istəyir.
“Sky Sports”un yaydığı məlumata görə, İspaniya nəhənginin Devisin transferində israrlı olduğu, lakin “Bavariya”nın 2025-ci ilə qədər müqaviləsi olan futbolçunu satmaq istəmədiyi bildirilib.
Bu mövsüm “Bavariya”nın heyətində 38 oyun keçirən Devis 3 qol vurub, 8 məhsuldar ötürmə edib