İspaniyanın “Real Sosyedad” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, komandanı “Mançester Yunayted”in sabiq baş məşqçisi Devid Moyes çalışdıracaq.
51 yaşlı mütəxəssislə sabah 2017-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir. Moyesin “Real Sosyedad”da illik qazancı da açıqlanıb. İlinə 2 milyon avro qazanacaq şotlandiyalı mütəxəssis klub tarixinin ən yüksək ödənişli baş məşqçisi olacaq.
