Devid Hill: “Qarabağ” bizdən güclü idi”
29.08.2019 , 22:44

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda “Qarabağ”a uduzaraq (1:2), mübarizəni dayandıran (ilk oyun – 3:2) Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Hakimlikdən narazı olduğunuz hiss edilirdi. Matçdan sonra da ona yaxınlaşdız. Narazılığınız əsas nə ilə bağlı idi?
– Bəzən olur ki, matçdan sonra isti başla narazılıqlarım olur. Əsas qaranlıq məqam ikinci qolda ofsayd olub-olmadığı idi. Matç ərzində isə hakiminm qərarları məni təəccübləndirdi. Əksərən ev sahibinin lehinə olurdu. Bu, ilk təəssürat da ola bilər.
– Necə fikirləşirsiz, “Linfild” qrupa düşsəydi, futbol ilahəsi özünü asardımı?
– “Qarabağ” bizdən güclü idi və bunu hər kəs gördü. Rəqibin daha yaxşı olduğunu qəbul edirik. Amma göstərdikləri oyuna görə futbolçularımla fəxr edirəm. Qrupda olmaq istərdik. “Qarabağ”a uğurlar arzulayıram.
– Komandanızda bir bütovlük yox idi sanki… – İlk oyunumuzu görməmisiz yəqin. Biz yarı-peşəkar komandayıq. Futboldan pul qazanmırıq. Mübarizə apardıq. Bizim necə oynadığımızı “Qarabağ”dan soruşsaz, daha yaxşı olar.
– Belfasta qədər uzun yolunuz olacaq. Təyyarədə ən çox nəyi və ya kimi xatırlayacaqsız?
– Bakını xatırlayacam. Burda yaxşı oqnaqpərvərliklə qarşılaşdıq. “Qarabağ”a təşəkkür edirəm və qrup mərhələsində uğur arzulayıram.
– Komandanız güclü rəqibə qarşı yaxşı mübarizə apardı. Bunu necə bacardız?
– Bilirdik ki, topa çox sahib ola bilməyəcəyik. Buna görə də mübarizə aparmaq lazım idi. İki oyunda rəqibə müqavimət göstərdik. İmkanlarımız da oldu. Ancaq bacardığımız bu qədər idi.
