“Mançester Yunayted” və İngiltərə yığmasının keçmiş futbolçusu Devid Bekhem Deni Uelbekin “Arsenal”a keçidini şərh edib.
Korner.az-ın məlumatına görə, o, bu keçidin “Arsenal” üçün böyük uğur olduğunu hesab edir:
“Uelbek istedadlı futbolçudu. Ən əsası da gənc və prespektivlidi. O, sürətli və tez düşünə bilən biridi. Biz həmişə gənc futbolçulara diqqət yetiririk. Uelbekin MY-dan ayrılması məni üzür. “Mançester Yunayted” daha bir istedadı itirdi. Düşünürəm ki, bu “Arsenal” üçün uğurlu transferdi” (Mirror)
