Deviç “Sabah”dan getdi
15.08.2019 , 14:11

Marko Deviç “Sabah”dan ayrılıb.
Korner.az-ın məlumatına görə, ukraynalı hücumçu bu barədə öz instaqram hesabından açıqlayıb.
Təcrübəli forvard paytaxt klubuna təşəkkür edib.
Tez-tez zədələnən və bir neçə oyunda meydandan qovulan hücumçu ötən mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxdığı 21 oyunda 8 qol vurub.
