Milli Basketbol Asossiyasiyasında müntəzəm çempionatın oyunları keçirilib. Dünən “Klivlend” “Miluoki” ilə qarşılaşıb. Matç “Klivlend”in qələbəsi ilə yükunlaşıb – 116-97
“Klivlend Kavalyers”in “1 nömrəsi” Derrik Rouz dünən keçirilmiş qarşılaşmada zədələnib. Rəqibin mərkəz oyunçusu Qreq Monro ilə toqquşmadan sonra yerə sərt düşən basketbolçu sağ ayağını zədələyib. Komandanın baş məşqçisi Tayrob Lu oyundan sonra Rouzun vəziyyətinin yaxşı görünmədiyini deyib.
Derrik həmi qarşılaşmada 23 dəqiqə ərzində 12 xal, 2 ribaund və 1 assistlə yadda qalıb