Derrik Rouz yenə zədələndi
03.11.2018 , 10:46

“Timbervulvz” komandasının basketbolçusu Derrik Rouz bu gün oynanılan “Qolden Steyt” ilə matçı tamamlaya bilməyib. Son oyununda özünün rekord nəticəsini – 50 xal toplayan Rouz sol topuğunda ağrılar hiss edib.
Cəmi 4 dəqiqə meydanda qalan Rouz 3 xal və iki assist edib. Basketbolçunun zədəsinin ciddi olub, olmadığı hələki məlum deyil
