Derrik Rouz komanda yoldaşlarına: “Son atışı mənə etibar etdiklərinə görə təşəkkür edirəm”
21.01.2019 , 10:15

“Minnestona”nın oyunqurucusu Derrik Rouz “Finiks”lə oyunda 31 xal toplayıb (116-114). Təcrübəli basketbolçu matçda son atışı dəqiq yerinə yetirməklə komandasına qələbə qazandırıb.
Oyundan sonra bunu şərh edən Rouz komanda yoldaşılarına təşəkkür edib: “Oyunda çoxlu səhvlər etdim. Komanda yoldaşlarıma və məşqçiyə mənə özgüvən verdiklərinə görə təşəkkür edirəm, onlar sadəcə mənə güvəndilər, inandılar.
Rouz bu mövsüm 19.3 xal ortalaması ilə oynayır.
