Dünən İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində keçirilən matçda “Mançester Siti” “Arsenal”a məğlub olub.
Korner.az-ın məlumatına görə, matçdan sonra müsahibə verən yarımmüdafiəçi Serxio Aqueronun sayılmayan qoluna reaksiyasını bildirib:
“Hakimlər artıq belə səhvlərə son verməlidi. Bu, ilk dəfədir ki, baş vermir. Həftənin 4-cü günü “Mançester Yunayted”ə qarşı keçirəcəyimiz matçı daha yaxşı hakimlə və ya hakimsiz oynamalıyıq. Mən hakimsiz oynamağı üstün tuturam”.
Mançester derbisi ilə bağlı danışan oyunçu: “Bizim üçün çox böyük bir oyundu. Əlimizdən gələni edəcəyik. Nəticənin necə olacağını görəcəyik. Ümid edirəm, hakim də yaxşı olar”.
