“Derbidəki məğlubiyyətə layiqincə cavab verməliyik”
26.11.2025 , 19:30
“İnter”in baş məşqçisi Kristian Kivu komandasının “Atletiko” ilə keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu öncəsi açıqlama verib.
Korner.az xəbər verir ki, o, A Seriyasının 12-ci turunda “Milan”a 0:1 hesabı ilə uduzduqları derbinin ardından futbolçuların doğru reaksiyanı göstərməli olduqlarını bildirib.
Rumıniyalı mütəxəssis komandasının öz oyun planına sadiq qalmasının vacibliyini vurğulayıb:
“Bu, Çempionlar Liqasının matçıdır və biz müsbət tempimizi davam etdirməliyik. Doğru münasibəti qoruyub oyun tərzimizi rəqibə tətbiq etməliyik. Topa nəzarətdə düzgün işləməli, topu daha sürətli hərəkət etdirməliyik. Oyunçular hücumun son hissəsində daha təmkinli olmalıdırlar”.
“Atletiko” – “İnter” qarşılaşması bu gün saat 00:00-da start götürəcək.