Futbol

Derbidə qazanılacaq qələbə üçün “aslanlar” mükafat alacaq

18.11.2016 , 08:30

Türkiyə Super Liqasının XI turunda “Fənərbağça” və “Qalatasaray” komandaları arasında keçiriləcək derbi matçı üçün “sarı-qırmızılar”a mükafat vəd edilib. 

Korner.az-ın məlumatına görə, bu xəbəri “fanatik” nəşri yazıb.

İstanbul derbisində qələbə “Qalatasaray”a təxminən 300 min dollar qazandıracaq.

Klub rəhbərliyi komandada əvhal-ruhiyyəni yaxşılaşdırmaq, motivasiyanı artırmaq üçün bu cür addım atıb. 17 ildən sonra “Qalatasaray” “Fənərbağça” səfərindən 3 xalla dönəcəyi təqdirdə həmin mükafat 18 nəfər futbolçu və texniki heyət arasında bölünəcək.

Son yazılar

Yuxarı