Dünən axşam Argentina çempionatı çərçivəsində keçirilən "River Pleyt" – "Boka Xuniors" oyununda azarkeşlər arasında ciddi qarşıdurma olub.
Korner.az-ın məlumatına görə, dünyanən ən böyük derbilərindən biri olan bu qarşılaşmada həm oyundan qabaq, həm də oyundan sonra çoxsayda azarkeşin və polisin yaralandığı haqda xəbərlər yayılıb.
Meydan sahiblərinin 2:0 öndə olmasına baxmayaraq bir penalti və birdə 90-cı dəqiqədə gələn qollarla oyunu xilas etməyi bacaran "Boka Xuniors"un azarkeşləri bu sevinci içərisində ikən, birdə təhlükəsizliyi qoruyan 25 polisi tribunadan aşağı atdı.
