Bu gecə “Fənərbağça”nın 2:1 hesablı qələbəsiylə başa çatan Türkiyə derbisi qana boyanıb.
Korner.az-ın məlumatına görə, matçdan sonra 19 yaşlı “Gənc Fənərbağçalılar” azarkeş qrupunun 19 yaşlı üzvü Burak Yıldırım ürəyindən bıçaqlanıb.
Hadisə şahidləri cinayətin “Qalatasaray” forması geyinmiş 2 nəfər tərəfindən törədildiyini bildiriblər.
Yaralı gənc xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.