Derbi öncəsi bölgə klubunda ciddi itkilər
25.10.2023 , 22:23
“Kəpəz” Premyer Liqanın 11-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz”la matça ciddi itkilərlə çıxacaq.
Klubdan Korner.az-a bildirilib ki, Şakir Seyidov və Olavale Onanuqa zədə səbəbindən “Qərb derbisi”ni buraxmalı olacaq. Hər iki futbolçu ən yaxşı halda 12-ci turda “Qarabağ”la səfər matçında meydana çıxa biləcək.
Qryd edək ki, “Turan Tovuz” – “Kəpəz” matçı oktyabrın 28-də keçiriləcək.