Derbidə “Qarabağ” qalib gəldi
02.05.2023 , 21:54

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ” səfərdə “Neftçi”nin qonağı olub. “Bakcell Arena”da keçirilən oyun Ağdam klubunun 4:2 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXXII tur
2 may
20:00 “Neftçi” – “Qarabağ” – 2:4
Qollar: Mateus Saldanya, 40, Emin Mahmudov, 64 (penal), Ramil Şeydayev, 10, Leandro Andrade, 16, Mateus Saldanya, 54 (avtoqol), Abdullah Zubir, 80
Qırmızı vərəqə: Voyslav Stankoviç, 30 (“Neftçi”)
“Bakcell Arena”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov
