Türkiyə Superliqasının 23-cü turunda keçiriləcək “Beşiktaş” – “Fənərbaxça” oyununun hakimləri müəyyənləşib.
Matçın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.
Qryd edək ki, “Beşiktaş” – “Fənərbaxça” görüşü fevralın 25-i keçiriləcək.
