Deputatlar futbolçuya etiraz etdi – “Rədd olsun!”
20.08.2018 , 16:26

Rusiyanın “Nijnıy Novqorod” klubunun futbolçusu Vitaliy Fedoriv Premyer Liqanın 4-cü turunda etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb
Ukraynalı müdafiəçi “Soçi” ilə oyunda Rusiyanın dövlət himni səslənərkən üzünü bu ölkənin bayrağına tərəf çevirməyib. Onun bu addımı Rusiyada etirazla qarşılaşıb.
Rusiyalı deputatlar “bu ölkəyə, onun atributlarına hörmət eləmirsə, rədd olsun, getsin” deyiblər. Futbolçu isə açıqlamasında bunun hörmətsizlik olmadığını, həmin vaxt dua etdiyini bildirib:
“Mən dindar adamam. Həmişə oyundan əvvəl dua oxuyuram. Dünən də belə etdim. İdman siyasətdən ayrıdır. Rusiyanın himninə və bayrağına hörmətlə yanaşıram” – deyə Fedoriv qedy edib.
Xatırladaq ki, son illər Rusiya və Ukrayna arasında siyasi gərginlik yaşanır.
