İspaniya La Liqasında mübarizə aparan “Deportivo” baş məşqçisi Qaizka Qaritano ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
İspaniya təmsilçisi baş məşqçinin rəhbərliyi altında 27 oyunda iştirak edib.
Xatırladaq ki, mütəxəssis mövsümün əvvəlində komandanın başına gətirilmişdi.
Qeyd edək ki, “Deportivo” La Liqada 23 turdan sonra 19 xalla 17-cı sıradadır.
